Пятница, 19.04.2024, 14:58
Главная AzEri-SaIT
  | RSS
форма входа
meNu
AZE-menu
МуЗЫкА
ОБЛАКО ТЕГОВ

Для красивого отображения Облака
необходим
Adobe Flash Player 9
или выше
Скачать Adobe Flash Player

Наш опрос
http://www.new-mig.clan.su/click.gif
КаК ВАм НАш СаЙт??
Всего ответов: 63
Статистика
» Зарег. на сайте
Всего:
Новых за месяц: 0
Новых за неделю: 0
Новых вчера: 0
Новых сегодня: 0
» Из них
Администраторов:
Модераторов:
Модератор форума:
Проверенных:
Обычных юзеров:
» Из них
Парней:
Девушек:


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Пользователи, посетившие
сайт за текущий день :
СчЁтЧиКи
Fair.ru
Submitter.ru - Регистрация в поисковых системах!
mp3.open.az - бесплатная азербайджанская, турецкая, русская, зарубежная, арабская и классическая музыкальная база Borchali.Net Top-uCoz az-muz.ucoz.com- бесплатная азербайджанская,классическая музыкальная база nICEt free counters
дизайн
Главная » Статьи » Мои статьи

Dogma Qaçağan kəndi-Родной Качаган (Грузия, Борчалы,Марнеульский район)


Qaçağan kəndi


"QAÇAĞAN” SÖZÜNÜN AÇIQLANMASI

"Qaçağan” adı birbaşa "qoç” sözü ilə başlanır. Qaçağan qoçaq kişilərin məskəni olmuşdur. Qoçaq kişilər dünyasını dəyişdikdə isə onların qəbri üstündə adətən qoç heykəli qoyardılar. Kəndin qədim qəbirləri üstündə qoyulmuş belə qoç heykəllərinin qalıqlarına elə indi də rast gəlmək olar. Qaçağan kəndindən bir neçə kilometr aralıda olan qədim qəbirstanlığın birində daha çox qoç heykəlləri vardır. Onların yerləşdiyi yerə, elə indi də, "Qoşdar”, yəni "Qoçlar” deyilir.

QAÇAĞANIN SAHƏSİ VƏ ƏHALƏSİ

Qaçağan kəndinin sahəsi 10min hektardan çox, əhalisinin sayı isə 10 min nəfərə qədərdir. Kənd Borçalı mahalının cənub-şərqində yerləşir. Qaçağan kəndi Borçalı mahalının ən böyük kəndlərindən biridir. Qaçağan kəndi şərqdə Təkəli, qərbdə isə Ağammədli kəndləri ilə həmsərhəddir. Kənd əhalisinin psixologiyasına görə, dünyada Borçalı çayından güclü çay, Qaçağan kəndindən isə zəngin kənd ola bilməz.



ORTALIQ

Qədimdən gələn ənənə kimi "Ortalıq” kənd kişilərinin həyatında böyük rol oynayır. Demək olar ki, "Ortalıq” kənd kişilərinin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qanuni işdən qayıtdıqdan sonra, hər bir kişi yenidən üzünü qırxır, əl-üzünü tərtəmiz yuyur, ən səliqəli paltarını geyinir, qalstukunu taxıb Ortalığa gedir. "Ortalıq” kənd kişilərinin bir yerə yığışıb məşvərət etdikləri yerdir. "Ortalıq” sözünün əsasını "orta” sözü təşkil edir . Yəni kəndin ortası deməkdir. Bu yer kəndin bütün idarələrinin, yeməkxanalarının və çayxanalarının yerləşdiyi yerdir. Oraya toplaşan kənd kişiləri özlərini bütün problemlərini müzakirə yolu ilə həll edirlər. Daxili və xarici siyasətdən danışırlar, onları narazı salan məsələrlə əlaqədar öz etirazlarını bildirirlər. İş gününün bütün ağrı-acılarını öz canlarından çıxardıqdan sonra hər kəs öz evinə gedir. Bu ənənə hər gün və bütün il boyu davam edir.

KƏND AŞIQLARI

Qaçağan kəndinin mənəvi həyatında aşıq sənəti mühüm yer tutur. Borçalını, adətən, "Aşıq Akademiyası” adlandırılar. Həmin akademiyanın bir "filialı” Qaçağan kəndindədir. Qaçağan kəndi ustad aşıqlarla çox zəngin olmuşdur. Aşıq Ağacan, Aşıq Vəli, Aşıq Rəsul, Aşıq Göycə kimi Qaçağan aşıqları var.

BULAQLAR


Bulaqlar kifayət qədərdir. Məsələn: "Noy dərənin bulağı”, "Aflı bulağı”, "Korabulaq”, "Zoğallı dərənin bulağı”, "Nazik su” və s. Bütün bu bulaqlar coşub - çağlayırlar. Kənd əsrlərlə özünün içməli suya olan ehtiyacını bu bulaqlar vasitəsilə ödəmişdir. Babəkər dağlarının bulaqları nəinki kənd camaatının hayına çatır. Onlar həmçinin dağda ot biçən əmək adamlarının, otlayan mal naxırının, qoyun sürüsünün və at ilxısının suvarılmasına da kömək göstərirlər. Babəkər dağlarının bulaqları kef məclisləri və digər əyləncələr üçün də çox böyük əhəmiyyət kəsb edirlər.

GÖNDƏRƏN: HƏSƏNOVA GÜLTƏN
MƏNBƏ: MAHAL MƏMMƏDLİ – "BORÇALI MAHALI QAÇAĞAN KƏNDİ”
Категория: Мои статьи | Добавил: l0opPack (27.02.2010)
Просмотров: 4855 | Комментарии: 2 | Рейтинг: 3.5/4
Всего комментариев: 2
2 Zülfüqar  
0
Salam.Necəsiniz?Məm Məhərrəmov Zülfüqar Yaşar oğlu.09.07.1986-cı ildə Qaçağan kəndində anadan olmuşam.Hal-hazırda Gəncədə yaşayıram.İmkan olduqca əlaqə saxlayaq.

1 l0opPack  
0
salute hearts

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
поиск
Block content
земля
Азербайджанские
Совет другу
Block title
Block title
Block title
Block title
Block title
Block title
Block title
Block title
Block title
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • | l0opPack © 2024 | Конструктор сайтов - uCoz |